Şərti düşmən hədəfləri məhv edildi

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2025-ci il üçün hazırlıq planına uyğun olaraq, komanda-qərargah təlimi keçirilib.
Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.
Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights