ELAZ.İNFO xəbər verir ki, Türk Dünyası ölkələri arasında birliyi pozmağa çalışan qüvvələrə qarşı öz fikrini bildirən Səfər Alışarlı söyləyib ki, “Türk Dövlətləri Birliyi elə bil kimisə narahat etdi. Dərhal bir Mərkəzi Asiya formatı yaradıb Azərbaycanı da ora Türkiyəsiz üzv etdilər. Birinci varkən, ikinciyə nə ehtiyac yaranmışdı? Hansısa qonşu ölkə ilə alver və ya gediş-gəliş etmək üçün mütləq onunla hansısa blokda təmsil olunmalısan?”
Səfər Alışarlı onu da bildirib ki, “Dünyada sürətli dəyişimlər baş verir. Ətrafındakı oyunu sən qurmamısansa, deməli, kiminsə qurduğu oyun sənə qarşıdır. Türkiyə sanki ilişib Suriyada qalıb. Yaponiya öz türk köklərinə qayıdış elan edərək, Türk Dövlətləri Birliyinə üzv olmaq istəyini rəsmi şəkildə bildirib. Bu, TDB-ni xeyli gücləndirir. Hərəkət etmək üçün yeni perspektivlər açır. Qonşu İrandakı hadisələrə siyasi favorit kimi şah Pəhləvinin oğlunu bəzəyib gətiriblər Misirə. İran daxilində hələlik zəif də olsa, onun təbliğatı gedir. Şah üsul-idarəsi türklər üçün molla rejimindən də pisdir. Cənubi Azərbaycanın siyasi lideri varmı? Varsa, niyə bu gün meydanda görünmür? Niyə onun təbliğatı aparılmır?”
Sonda S.Alışarlı vurğulayıb ki, “İranda Venesuela variantı keçməz. Deməli, ayrı ssenari olacaq, bəlkə də hazırdır artıq. Biz də hazırıqmı bu dəyişimləri qarşılamağa?”
İlahə BAYINDIR