Rusiyadan İsrailə kəskin etiraz: RT jurnalistlərinin atəşə tutulması diplomatik qalmaqala səbəb oldu

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyası İsrailin Moskvadakı səfiri Oded Yosefə rəsmi etirazını bildirib. Etiraza səbəb Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində Rusiyanın “RT” telekanalının çəkiliş qrupunun yaralanmasıdır.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, martın 20-də nazir müavini Georgi Borisenko İsrail səfirini qəbul edərək baş vermiş hadisə ilə bağlı ölkəsinin kəskin mövqeyini çatdırıb.

Görüş zamanı Yaxın Şərqdə gərginliyin artması əsas müzakirə mövzusu olub. Rusiya tərəfi vurğulayıb ki, jurnalistlərin hədəf alınması qəbuledilməzdir. İsrail tərəfindən hadisənin bütün təfərrüatlarının hərtərəfli araşdırılması və gələcəkdə mətbuat nümayəndələrinə qarşı bu cür halların təkrarlanmaması tələb edilib.

Xatırladaq ki, hadisə Livanın cənubunda gərginliyin pik həddə çatdığı bir vaxtda baş verib. Yaralanan jurnalistlərin vəziyyəti və hücumun qəsdən olub-olmaması ilə bağlı araşdırmalar davam edir. Rusiya diplomatiyası bu məsələni beynəlxalq hüquq müstəvisində nəzarətdə saxlayacağını bəyan edib.
Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights