Rusiya Federasiyasının Ali Məhkəməsi Baş prokurorun Rusiyada “Taliban”hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı inzibati iddiasını təmin edib.
ELAZ.İNFO xəbər verir ki, “Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə terrorçu kimi tanınan təşkilatların vahid federal siyahısına daxil edilmiş” Taliban” hərəkatının fəaliyyətinə əvvəllər müəyyən edilmiş qadağa dayandırılıb”. Bu barədə məhkəmə öz qərarını bildirib. Məhkəmənin iclasını Tass işıqlandırıb.
İclas qapalı rejimdə keçirilib.
ELAZ.İNFO