Rusiya yeni qanunla miqrasiya axınının qarşısını almağa çalışır

ELAZ.İNFO xəbər verir ki, bu ilin sentyabr ayının 1-dən etibarən Rusiya miqrasiya axınlarının artması səbəbindən miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib.

Rusiya mətbuatı yazır ki, Vladimir Putin tərəfindən imzalanan qanuna əsasən sentyabrın 1-dən miqrantların yaşayış yerində qeydiyyata alınması üçün 500 rubl, müvəqqəti qalma müddətinin uzadılması üçün 1000 rubl rüsum tətbiq edilib. Xarici vətəndaşların yaşayış yerində qeydiyyat rüsumu isə 420 rubldan 1000 rubla qaldırılıb.

Məlumatda o da bildirilir ki, bu tədbirlər dövlət büdcəsinə 17 milyard rubl vəsait gətirməklə yanaşı, miqrantlara nəzarəti gücləndirəcək və qeyri-qanuni miqrasiyanın risklərini azaltmağa kömək edəcək.

elaz.info

Bizimlə oxuyun
Verified by MonsterInsights