ELAZ.İNFO, BAKI, 26.05.2025.
ELAZ.İNFO xəbər verir ki,Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədə təsdiqlənmiş insan itkisi 109 625 nəfərə çatıb.
İtkilərin miqyasının yüksək olması, faktların ailələrə və ictimaiyyətə açıqlanmaması Rusiya daxilində sosial narazılığı artırır və Kremlin informasiya nəzarətindəki boşluqları üzə çıxarır. Bu boşluqlar müstəqil medianın araşdırmaları ilə bir qədər dolsa da, hakimiyyətin legitimliyinə ciddi zərbə vurur.
BBC bildirir ki, Rusiya dövləti müharibənin üçüncü ilində bu miqyasda itkilərin artıq təkcə cəbhədə deyil, siyasi müstəvidə də məğlubiyyətin göstəricisidir.
Aydan ŞƏRBƏTOVA