ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə naziri Andrey Belousovun yeni əmri ilə (20.12.2025 tarixli, №850) səfərbərlik zamanı müqavilə əsasında hərbi xidmətə qəbulu qadağan edən xəstəliklərin siyahısı artırılıb.
Rəsmi hüquqi aktlar portalında dərc olunan sənədə əsasən, hərbi xidmətə məhdud yararlı olan vətəndaşların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Müdafiə Nazirliyi ilə müqavilə bağlamasına mane olan xəstəliklərin sayı 26-dan 35-ə çatdırılıb.
Yenilənmiş siyahıya aşağıdakı xəstəliklər və hallar əlavə edilib: Dərəcəsi qeyd olunmadan şəkərli diabet; Gvdə, yuxarı və aşağı ətrafların sümük sınıqlarının fəsadları; Mərkəzi sinir sisteminin funksiyasında cüzi pozuntu yaradan və ya heç bir pozuntu yaratmayan, kəllə boşluğunda yad cismin olması.
Xatırladaq ki, bundan əvvəl qüvvədə olan 2023-cü il tarixli №506 nömrəli əmr artıq hüquqi qüvvəsini itirmiş hesab olunur. Yeni qaydalar hərbi xidmətə qəbul prosesində tibbi tələblərin daha da ciddiləşdirilməsini nəzərdə tutur.
Ruslan MƏMMƏDOV