ELAZ.İNFO, BAKI, 08.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Rusiya ağır metalların normadan artıq olması səbəbindən İrandan qarpız idxalını qadağan edib.
“Təsnim” nəşri yazır ki, İran Kənd Təsərrüfatı Nazirliyinin Meyvə Tərəvəz İdarəsinin baş direktoru Hüseyn Əsgəri İranın kənd təsərrüfatı məhsullarında standartlara əməl olunduğunu iddia edib.
-“Rusiya İran tərəvəzləri və yay meyvələri, o cümlədən qarpız üçün əsas ixrac ölkələrindən biridir”,-deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl yerli mütəxəssislər də bəzi meyvə-tərəvəzlərin, o cümlədən, qarpızın yetişdirilməsi üçün ağır gübrə və dərmanlardan istifadə olunduğu barədə İran Kənd Təsərrüfatı Nazirliyinin Meyvə Tərəvəz İdarəsininə xəbərdarlıq etmişdilər.
Onlar bunun insan sağlamlığı üçün təhlükə yaratdığını və xərçəng kimi xroniki xəstəliklərə yol açdığı barədə xəbərdarlıq ediblər.
Aydan ŞƏRBƏTOVA
