Qarabağ FK-nun əfsanəsi Qurban Qurbanov müsahibəsində bu günə qədər Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etmədiyini deyib
Qurban müəllim Siz bizim fəxrimisiniz. Bu gün futbolda dünyaya məhz sizin məşqçi kimi peşəkar olmağınız sayəsində tanınırıq.
Lakin Qurban müəllim Ağdam səfəri zamanı istənilən sıx qrafik, istənilən şəxs kimliyindən asılı olmayaraq sizə haqq qazandırmır ki, Milli Qəhrəman, Qarabağ futbol klubunun oyunçusu, məşqsiçisi olan Allahverdi Bağırovu ziyarət etməkdən daha önəmli deyil idi..
Ağdam şəhidlər xiyabanında nəinki Allahverdi Bağırov, eyni zamanda Canbulaq Rzayev və digər milli qəhrəmanlar dəfn edilib.
Ağdamın hər qarışını gəzən, hətta Şuşada, Füzulidə, Xankəndidə tədbirlərə qatılan klub, təşkilatçıların səhvinimi deyək, laqeydliyinmi deyək, hər nə desək belə, onlara etiraz edib Sizin və komandanın Ağdam şəhidlər xiyabanına baş çəkməyi tələb etməməniz bizi üzür.
Komandanızın oyunçu, bizim sevdiyimiz Toral Bayramov bu günə qədər şəhidlər xiyabanını və Allahverdi Bağırovu ziyarət edib. Bəs Siz Qurban müəllim, biz Ağdamlıarın fəxri, klubun yaradıcılarından biri olan, əfsanələr yaradan Allahverdi Bağırovu ziyarət etməmənizi necə başa düşək ?
Unutmayın Qurban müəllim.
“Qarabağ” futbol klubunun bugünkü qələbələrində onun də zəhməti var. Allahverdi Bağırov bu klubu yaşadan, onu irəliyə aparan şəxslərdən biri olub.
Unutmayın Qurban müəllim
Ağdamda hər şeyini atıb, o cümlədən futbolu – kənara qoyub silaha satılan Allahverdi Bağırov Ağdamda özünümüdafiə batalyonunun yaradılmasında iştirak etdi, sonra ona komandirlik etdi, Xocalıda əsir və girov götürülmüş yüzlərlə soydaşımızı ermənilərin əlindən qurtardı. Yüzlərlə faktlar var Allahverdi əmim barədə. Onun Vətən uğrunda, torpaq uğrunda mübarizəsi barədə yüzlərlə, minlərlə, milyonlarla insan məlumatlıdır
Amma sizin bu etdiyiniz yay qış bilmədən, stadionlarda Qarabağ, Qurban Qurbanov qışqıran Qarabağ caamatına, Ağdam camaatına hörmətsizlik, şəhid və milli qəhrəmana olan diqqətsizliyinizdir.
Ağdam Allahverdi Bağırov ilə tarixdə onsuz da qalıb. Qurban müəllim Ağdam caamatına, Mill Qəhrəman ruhuna , şəhid ruhlarına olan bu münasibətinizə görə Sizi qınayıram!!!
Şəklə baxın, bu bizim Sizə olan sevgi və inamımız və Sizin bizim Ağdam caamatına olan münasibətiniz!!!
Heç bir məzhəb və qrafik Allahverdi Bağırovdan və vətən uğrunda şəhid olanlardan üstün deyil ki, oranı ziyarət etməmənizə səbəb yaratsın. Sizin məzhəb qəbr üstünü ziyarət etməməyi desə də, bütün dinlərdə Vətən və Qəhrəmanları ziyarət etmək imandandır.
Mən bu gündən bir Ağdamlı olaraq Qarabağ klubunun azarkeşlərinin dayandırıram. Allahverdi Bağırova olan səhvinizi düzəltməyənə qədər heç bir oyuna baxmayacam, heç bir yerdə nə sizin nə də komandanın adını çəkməyəcəm.
Dr Zaur Əliyev
