Roma papası kim təyin olunacaq?

ElAZ.İNFO BAKI O7.05.2025
ELAZ.İNFO xəbər verir ki, “yeni Roma papası mayın 7-dən sonra məlum olacaq. Roma Katolik Kilsəsinin növbəti rəhbərini seçmək üçün kardinalların gizli toplantısı mayın 7-də başlayacaq”. Bu barədə Vatikandakı yüksək rütbəli mənbə məlumat verib.

Məlumat üçün bildirək ki, “Vatikan cəmi 0,44 kvadrat kilometr ərazisi ilə dünyanın ən kiçik ölkəsidir. Onun yeraltı mərkəzdən idarə olunan 650-dən çox CCTV kamerası var. İsveçrə Qvardiyası ənənəvi görünüşünə baxmayaraq, ağır silahlara malikdir və tam hüquqlu ordu kimi fəaliyyət göstərir. Papanın seçkiləri necə texno-konklava çevriləcək”.

Qeyd edək ki, konklavda yaşı 80-dən aşağı olan 135 kardinal iştirak edə bilər. Dünya üzrə 1,4 milyard dindarın kilsəsinə kimin rəhbərlik edəcəyinə onlar qərar verəcəklər. 2005 və 2013-cü illərdəki son iki konklav cəmi iki gün davam etdi, lakin bu dəfə görüşün nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. 21-ci əsr konklavlarının başqa bir xüsusiyyəti texnologiyadan istifadəyə qarşı xüsusi təhlükəsizlik tədbirləridir. Axı indi papaya seçkiləri pilotsuz təyyarələr və peyklər vasitəsilə izləmək mümkün olacaq.

Esmira RƏHİMOVA

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights