Qonşuda savaş istəmirik, amma qonşu özü də belə düşünürmü?

ELAZ.İNFO


İllərdir dünyaya meydan oxuyan, yarım əsr boyunca əhalini təhlükəyə ataraq bu gün başına bomba yağdıran ölkələrə ölüm şüarları səsləndirən, daim qonşularını hədələyən bir rejimə cəsarət verən nə idi? Necə ki, bu gün həm kəşfiyyatı, həm havadan müdafiə sistemləri aciz durumda qalıblar. Hakimiyyətin zirvəsi hər həftə ən yüksək səviyyədə qurban verir. Görünən isə budur ki, mövcud rejimin çöküşü hər gün daha da reallaşır. Həmin rejim ki, təkcə ötən yanvarda yaşlı və gənc bilmədən minlərlə vətəndaşı gülləyə bağladı. Bəlkə də ona görədir ki, İranın müxtəlif şəhərlərində millətin böyük bir hissəsi də başına yağdırılan bombaları toy bayram nişanəsi kimi qəbul edir. Niyə? Çünki öz vətəndaşına qarşı amansız olan rejimlərin aqibəti bundan qeyrisi olmur. Hər halda ümid edirik ki, sonucda qazanan millət olsun, nəinki hansısa militaristin çıxarları…
Amma bizim üçün ən önəmlisi həm də Güneydəki soydaşlarımızın durumudur. Azad, demokratik bir ölkədə bərabərhüquqlu vətəndaş kimi yaşamaq 40 milyonluq bir millətin əlbəttə ki, haqqıdır. Nə Pəhləvilər, nə də İslam cümhuriyyəti bu haqqı bizə tanimadi. Əksinə süubiyə düşüncəsi üzərində qurulan hər iki rejimdə millətimiz aşağılandı. Üstəlik milli mədəni haqqıni tələb edənlərin aqibəti də ölüm və zindan oldu. İllərdir, yalnız Ana dilində təhsil tələb etdiyi üçün, Milli kimliyinə sahib çıxdıqları üçün rejimin zindanlarında həbs həyatı yaşayan soydaşlarıma salam olsun!

Rüfət Muradlı

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights