“Qırmızı Körpü” gömrük postunda 8 milyon rus rublu aşkar edildi

ELAZ.İNFO, BAKI, 15.05.2025.

ELAZ.İNFO xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda xarici valyutanın gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda deyilir ki, “Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 milyon rus rublu aşkar edilib.

ELAZ.İNFO

Verified by MonsterInsights