QHT tərəfindən Vicdan azadlığı ilə bağlı hesabat hazırlanır

ELAZ.İNFO xəbər verir ki, “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycanda Vicdan azadlığı ilə bağlı hesabat hazırlanaraq  beynəlxalq təşkilatlara göndəriləcək.

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vicdan azadlığı ilə bağlı hesabatın hazırlanması” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi  Beynəlxalq təşkilatları Azərbaycanda Vicdan azadlığı ilə bağlı obyektiv məlumat ilə təmin edilməsidir. Hesabat Azərbaycanda vəziyyəti əks etdirəcək.

Layihə ekspertləri tərəfindən mövcud qanunvericilik çərçivəsində ölkədə vicdan azadlığının ümumi vəziyyəti qiymətlənidiriləcək . Həmçinin milli qanunvericliyin və beynəlxalq təcrübənin müqayisəli təhlili aparılacaq.

Hazırlanmış hesabat ingilis dilinə tərcümə edilərək bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlara göndəriləcək.

Hazırlanamış hesabat gələcəkdə Azərbaycan ilə bağlı hazırlanacaq hesabatların hazırlanmasında müsbət rol oynayacaq.

Bizimlə oxuyun
Verified by MonsterInsights