Qazaxıstan milli xokkeyçiləri almanlara uduzdu

ELAZ.İNFO, BAKI, 12.05.2025.

ELAZ. İNFO xəbər verir ki, Qazaxıstan millisi buzda xokkey üzrə dünya çempionatının qrup mərhələsinin oyununda Almaniya yığmasına 1:4 hesabı ilə uduzub. Görüş Danimarkada baş tutub.

TASS-ın yazdığına görə qalib komandanın qollarını Maksimilian Kastner (14-cü dəqiqə), Voytek Staxovyak (35), Lukas Reyxel (42) və Lukas Koelbl (46) vurub. Uduzan komandanın qoluna Nikita Mixaylis (4) imza atıb.

Məlumat üçün bildirək ki, Almaniya və Qazaxıstan komandaları B qrupunda mübarizə aparır.Almanlar 6 xalla 2-ci yerdədir. Qazaxıstan komandası 3 xal toplayıb və 4-cü yerdədir. Növbəti oyunda almanlar Norveçlilərlə, Qazaxıstan komandası isə Macarıstan komandası ilə qarşılaşacaq. Oyunlar mayın 13-də baş tutacaq.

Onu da qeyd edək ki, A qrupunun oyununda Kanada komandası Latviya komandasını 8-1 hesabı ilə məğlub edərək turnirdəki ikinci qələbəsini qazanıb.

Esmira RƏHİMOVA

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights