Qədim Türklərin yurdu Baykal

Qədim Türklər əsasən Baykal gölü ətrafında yaşamışlar. Oradan uzaqlaşmağa doğru getdikdə, “Bayqal” deyə adlandırmışdırlar. Tərcümə olaraq Bay-Varlı deməkdir. Qal – isə Qalmaq felindəndir.
Baygöl (saxa Баай күөл) — Rusiya Fedarasiyası ərazisinda yerləşən göldür. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir.
Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə “Bai-kul” yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir. Ümumiyyətlə, qədim türklər özlərinə məskən seçərəkən çalışıblar ki, məskənləri rahat və inşanın hər cür yaşam imkanlarını təmin etsin. Baykal gölü də eyni ilə. Bu göl uzun illər alimlər üçün də belə sirrini qoruyub saxladı. Baykal gölü üzərində hər qış yaranan böyük yumru buz kütlələrinin necə meydana gəldiyi elm insanlarını tam 128 ildir məşğul edirdi. Ancaq yeddi illik bir çalışma gerçəyi ortaya çıxardı. Yumru buzları ilk dəfə 1882-ci ildə bir Rus alimi gördü. Yumru buz kütlələrinin necə meydana gəldiyini araşdırmağa başlayan Rus alim, o dövrkü məlumatla bir nəticəyə çata bilmədi və bu vəziyyəti “sirrli bir hadisə” olaraq xarakterizə etdi. Bu hadisədən 121 il sonra 2003-cü ildə Baykal Gölünün peyk fotoşəkillərində eyni yumru buz kütlələrinə rast gəlindi. Kilometrlərcə yumru buz kütlələri meydana gəlmişdi. Rus alimləri buzun necə meydana gəldiyini anlamaq üçün bir daha qolları çirmələdi. Bu dəfə işlər 7 il davam etdi. Uzun sürən işlərdən sonra buz kütlələrinin yumru şəkildə meydana gəlməsinə gölün altında olan təbii qaz qaynaqlarının səbəb olduğu ortaya çıxdı.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights