PUA-ların çoxu İran istehsalı olub


ELAZ.İNFOBAKI, 26.05.2025.

ELAZ.İNFO xəbər verir ki, ötən gecə Ukraynaya Rusiya tərəfindən hava hücumu ilə bağlı çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski televiziyada çıxışında deyib.
Volodimir Zelenski çoxsaylı yanğın və partlayışlar nəticəsində yaralıların olduğunu, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşlarının işlədiyini açıqlayıb:

-“Odessa, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev, Dnepr vilayətlərinə hücumlar ümumilikdə 250 zərbə dronu vasitəsilə həyata keçirilib. Ümumilikdə 14 ballistik raket atılıb. Təəssüf ki, ölənlər və xeyli sayda yaralı var”-deyə qeyd edib.
Volodimir Zelenski PUA-ların çoxunun İran istehsalı olan “Şahed” dronları olduğunu bildirib.
O qeyd edib ki, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.

Aysun NƏCƏFOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights