Professor İlham Rəhimov XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib – FOTO

ELAZ.İNFO, BAKI, 23.05.2025.

ELAZ.İNFO  xəbər verir ki, Qara Dəniz–Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası İlham Rəhimov Rusiya Federasiyası Prezidentinin müşaviri A.Kobyakovun dəvəti ilə 19–21 may tarixlərində keçirilən XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak etmişdir.

Qeyd edək ki, forumun proqramı geniş mövzuları əhatə edirdi. Professor İlham Rəhimov forum çərçivəsində keçirilən “Hüquq və din” adlı sessiyada çıxış etmişdir.

Tədbir çərçivəsində professor İ.Rəhimov aşağıdakı tanınmış Rusiya hüquqşünasları və hüquq sahəsində fəaliyyət göstərən praktiki xadimləri ilə də görüşlər keçirmişdir:

  • Sankt-Peterburq şəhərinin qubernatoru A.D.Beqlov;
  • Rusiya Federasiyası İstintaq Komitəsinin sədri A.I. Bastrıkin;
  • RF Dövlət Duması sədrinin müavini İ.A.Yarovaya;
  • Rusiya Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun direktoru, REA-nın müxbir üzvü A.N.Savenkov;
  • RF Baş prokurorunun müavini P.P.Qorodov;
  • Sankt-Peterburq Dövlət Universitetinin rektoru, REA-nın müxbir üzvü N.M.Kropaçev;
  • RF Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, REA prezidentinin müavini, ictimai elmlər bölməsinin akademik-katibi T.Y. Xabriyeva;
  • Rusiya Federasiyası Prokurorluq İnstitutunun direktoru İ.M.Matskeviç;
  • RF-nin digər tanınmış hüquqşünas alimləri;
  • Forumda iştirak edən azərbaycanlı tələbələr.

ELAZ.İNFO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights