ELAZ.İNFO, BAKI, 06.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Polşada ABŞ hərbçilərini daşıyan avtobus yol qəzasından sonra aşıb.
Polşada Almaniyadan Litvaya gedən Amerika əsgərlərini daşıyan avtobus sürüşərək xəndəyə düşüb və aşıb. Bu barədə mayın 6-da RFM24 nəşri məlumat yayıb.
Nəşr yazır ki, hadisə Polşanın Aşağı Sileziyada A4 avtomobil yolunda baş verib, avtobusda 35 nəfər olub, onlardan 8-i yaralanıb.
Xəbərdə deyilir ki, hadisə yerinə onlarla yanğınsöndürən və iki təcili yardım maşını göndərilib.
Esmira RƏHİMOVA