POLİS MÜFƏTTİŞİNDƏN 3.5 MİLYONLUQ XƏYANƏT!

ELAZ.İNFO xəbər verir ki, Astraxanda rüşvət qalmaqalı: Müfəttiş reydləri “sataraq” 3,5 milyon qazanıb Rusiyanın Astraxan vilayətində hüquq-mühafizə orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin keçmiş müfəttişi ifşa olunub. O, tikinti şirkətlərinə qanunsuz himayədarlıq etməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.

İstintaqın məlumatına görə, cinayətkar fəaliyyət 2024-cü ilin fevral-sentyabr aylarını əhatə edib. Keçmiş müfəttiş bir tikinti şirkətinin direktoru ilə gizli sövdələşməyə girib. O, tikinti obyektlərində keçiriləcək miqrasiya reydləri və yoxlamalar barədə məlumatları əvvəlcədən rəhbərliyə ötürüb.

Bu “xidmətinin” müqabilində müfəttiş ümumilikdə 3,5 milyon rubl məbləğində rüşvət alıb. Bu məlumatlar sayəsində tikinti şirkəti qanunsuz miqrantları yoxlamalardan gizlətməyə nail olub və böyük cərimələrdən yayınıb.

Cinayət faktı Astraxan vilayəti üzrə İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidmətinin (FSB) birgə işi sayəsində ortaya çıxıb. Hazırda keçmiş polis əməkdaşına qarşı “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb. Onu uzunmüddətli həbs cəzası gözləyir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights