Planlı əməliyyata gətirilən 3 yaşlı uşaq öldü

ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.

Şahidlərin ifadəsinə görə bir neçə gün əvvəl azyaşlını Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya qasıq yırtığı diaqnozu qoyulub.

İyulun 21-də saat 15 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların qəbulundan sonra  şok keçirib və yoğun baxıma alınıb.

 Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20-də azyaşlının ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Sevinc Qasımova

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights