Pilotsuz uçuş aparatları Samara şəhərini də hədəf aldı

Samara vilayətində PUA həyəcanı: Gecə saatlarında təhlükə elan edilib

ELAZ.İNFO Rusiya mediasına (Sova.info və GTRK Samara) istinadən bildirir ki, yanvarın 18-nə keçən gecə Samara vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin (MÇS) xüsusi tətbiqi vasitəsilə sakinlərə gecə saat 04:01-də rəsmi xəbərdarlıq göndərilib.

Vilayətin bəzi ərazilərində hava hücumundan müdafiə (PVO) sistemlərinin işə düşməsi və həyəcan sirenlərinin çalınması barədə məlumatlar verilib. Sakinlərə son dərəcə ehtiyatlı olmaq tövsiyə edilib.

Xəbərin hazırlandığı ana qədər Samaranın “Kurumoç” hava limanının bağlanması barədə rəsmi məlumat verilməyib. Lakin qonşu regionlarda — Penza və Ulyanovsk vilayətlərində təhlükəsizlik məqsədilə “Kovyor” (Xalça) rejimi tətbiq edilib və uçuşlar məhdudlaşdırılıb.

Rəsmi qurumlar sakinlərə PUA hücumu zamanı evdə olduqda pəncərəsiz otaqlara və ya daşıyıcı divarların arasına keçməyi, küçədə olduqda isə dərhal sığınacaqlara yollanmağı tövsiyə ediblər.

Xatırladaq ki, son vaxtlar Rusiyanın daxili vilayətlərinə PUA hücumları intensivləşib və bu cür həyəcan siqnalları mütəmadi olaraq elan edilir.

Ruslan MƏMMƏDOV.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights