ELAZ.İNFO xəbər verir ki, İsrailin “Kanal 14” televiziyasının iddealarına görə Pezeşkian getməyə hazırlaşır.
“İran Prezidenti Məsud Pezeşkianın Ali Rəhbər Müctəba Xamenei ilə əlaqələri kəsilib. “Mənə imkan vermirlər, özümü faydasız hiss edirəm”
Kanal mənbəsinə istinadən xəbər verib ki, Pezeşkian qapalı görüşlərdə hərbi və strateji qərarların qəbulundan tamamilə kənarlaşdırıldığını etiraf edib.
Pezeşkian-SEPAH gərginliyinə səbəb kimi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü göstərilib. Çünki Məsud Pezeşkian Ə.Laricaninin ölümündə SEPAH-ı günahlandıraraq, mühafizəsini lazımı səviyyədə təşkil etməməkdə ittiham edib.
Natəvan Bəydili