ELAZ.İNFO, BAKI-O7.05.2025
ELAZ.İNFO xəbər verir ki, ayın 2,3 və 4-də “PASSAGE 1901”da “PAŞA Holding”in təşkilatçılığı, eləcə də “Tenity” şirkətinin dəstəyi ilə “PASHA Hackathon” 5.0 yarışı keçirilib. Hakatonun budəfəki mövzusu “PAŞA Sığorta” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etmək idi.
Belə ki, yarış iştirakçıları 3 gün ərzində “PAŞA Sığorta” tərəfindən təqdim olunan biznes tapşırıq üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim ediblər.
Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar verilib: 1-ci yer 6000 manat; 2-ci yer 4000 manat; 3-cü yer 2000 manat.
Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışıdır.
Xatırladaq ki, “PAŞA Holding” tərəfindən “PASHA Hackathon” artıq 5-ci ildir təşkil olunur. “Hackathon”un təşkilində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.