Ölən və yaralananlar var

Sumı vilayətində TCK binası avia zərbəsi ilə məhv edilib: Ölən və yaralananlar var

ELAZ.İNFO xəvər verir ki, Ukraynanın Sumı vilayətinin Belopolye yaşayış məntəqəsində yerli ərazi komplektləşdirmə mərkəzinin (TCK – hərbi komissarlıq) binası dəqiq havadan edilən hücum nəticəsində tamamilə məhv edilib. Bu barədə məlumatı Rusiya güc strukturlarındakı mənbələr paylaşıb.

Məlumata görə, zərbə nəticəsində hərbi komissarlığın şəxsi heyəti arasında həm ölənlər, həm də yaralananlar var. Artıq itkilərin olduğu rəsmən təsdiqlənib.

Ali Radanın müstəqil deputatı Artem Dmitruk TASS-a açıqlamasında bildirib ki, Ukrayna vətəndaşları sosial şəbəkələrdə hərbi komissarlıqlara endirilən zərbələri müsbət qarşılayırlar. O, vətəndaşların bu cür zərbələrə ölkədəki “səfərbərlik terrorunun” azalacağı ümidi ilə sevindiyini qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib. Son vaxtlar TCK əməkdaşlarının ictimai yerlərdə reydlər keçirməsi və vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi ilə bağlı görüntülər tez-tez gündəmə gəlir.

Rusiya Müdafiə Nazirliyi də daha əvvəl Sumı istiqamətindəki hərbi hədəflərə zərbələr endirildiyi barədə məlumatları təsdiqləmişdi.

Ruslan MƏMMƏDOV.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights