ELAZ.İNFO, BAKI, 12.05.2025.
ELAZ. İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında münasibətlər son həftələr iki ölkənin İran və Fələstin məsələsində fərqli mövqeləri səbəbindən getdikcə gərginləşib.
“NBC News” kanalının yaydığı məlumatda deyilir ki, “Netanyahu İranın nüvə obyektlərinin fiziki məhv edilməsinə hazırlaşır, Tramp isə nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlmək istəyir. Qəzza zolağı məsələsində Amerika lideri atəşkəsin bərqərar olmasını tələb edir, İsrail isə Qəzza zolağında hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Qeyd olunur ki, Tramp İsrailin Fələstin anklavındakı hərbi əməliyyatlarını “boş səylər” hesab edir”.
Məlumatda daha sonra vurğulanır ki, “İranın nüvə proqramı məsələsi ABŞ və İsrail arasında ən böyük gərginliyi yaradır. Netanyahunun fikrincə İranla hər hansı danışıqların aparılması “vaxt itkisidir”.
Günel GÜNTAC