ELAZ.İNFO, BAKI, 23.05.2025
ELAZ.İNFO xəbər verir ki, Kastamonu mərkəzli 4 vilayətdə həyata keçirilən “mütəşəkkil xüsusiyyətli fırıldaqçılıq və qeyri-qanuni mərc” əməliyyatlarının ikinci dalğasında nəzarətə alınan 11 şübhəlidən 5-i həbs edilib.
2024-cü ildə həyata keçirilən ilk əməliyyatda 13 şübhəlinin tutulmasının ardından, istintaq dərinləşdikcə, əldə edilən məlumatlar əsasında təşkilatın xaricdəki yüksək vəzifəli şəxsləri də hərtərəfli təqib edilib.
Aydan ŞƏRBƏTOVA