Mütəllim Rəhimli -“Ədalət Partiyası üçün dövlətçilik mövqeyi və milli maraqlar mütləq prioritetdir”

ELAZ.İNFO xəbər verir ki, Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, cənab Ədalət Vəliyevlə görüşüb.

M. Rəhimli bildirib ki, “Ədalət Partiyasının sədri seçilməyim münasibətilə təbriklərini çatdıran Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə demokratik münasibətlərin təcəssümü olan siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirdi”.

Yeni sədr onu da vurğulayıb ki, “görüşdə Ədalət Partiyası üçün dövlətçilik mövqeyinin və milli maraqların hər zaman mütləq prioritet təşkil etdiyini bir daha qeyd etdim. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqe tutacağımızı bildirdim”.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights