Müğənni Dəniz Əsədova həbsə alındı

ELAZ.İNFO, BAKI, 15.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Müğənni Dəniz Əsədovanın həbs edilməsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın yazdığına görə D.Əsədovanın həbs edilməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edən vəkil Asim Abbasov bildirib.

əkil qeyd edib ki, şikayət o və bir qrup şəxs tərəfindən olub: “Dəniz Əsədova mənim, bir neçə həkim və digər şəxslər barədə sosial şəbəkələrdə yalan məlumat yayıb, bizə böhtan atırdı. Biz də onun barəsində məhkəməyə müraciət etdik.

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə məhkəmə prosesi keçirildi, şikayətimiz təmin edildi və onun barəsində 7 ay həbs qətimkan tədbiri seçildi, Dəniz Əsədova məhkəmə zalından həbs olundu.

Xatırladaq ki, müğənni D.Əsədova barəsində bu il martın 14-də də məhkəmə hökmü olub. Onun barəsində xüsusi ittiham qaydasında edilən şikayət əsasında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə həmin vaxt D.Əsədovaya 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.

Verified by MonsterInsights