Hacı Bektaş Vəli, Mövlana və Yunus Əmrənin yaşadığı dövrdə Anadolunun sosial və siyasi görünüşü kimi mədəni quruluşu da qarışıq və parça-parçaydı. Anadoluda olan müxtəlif birliklərin müxtəlif dinləri, məzhəbləri, dilləri və mədəniyyətləri də fərqliydi. Bu çeşidli mədəniyyətdən hər hansı biri digərini öz mədəniyyəti içində əridə bilirdisə, Anadolu da onun olacaq idi. Hacı Bektaş Vəli, Mövlana və Yunus Əmrə Türk mədəniyyətinin qorunmasına və nəsillərə köçürülməsinə böyük tohfələrini vermişlər.
XIII əsrdə- Anadolunun qarışıqlıq və sıxıntılarla dolu bir dövründə Mövlananın tolerantlığını bu şəkildə söyləyə bilərik; Mövlana, insanları dinı inançlarına və siyası düşüncələrinə görə ayrı və fərqli görməməkdədir. Hərkəsə dini ilə, düşüncəsi ilə tolerant münasibət göstərməkdədir. Mövlana tolerantlığı sadəcə bir dinin fərqli məzhəb və qrupları üçün düşünməmiş, fərqli dinlər üçün də düşünmüşdür. Çünkü, onun universal dinı anlayışı bütun insanlara çatmağı hədəf seçirdi. Ona aid məşhur dördlük, məzmun baxımından universal bir dinı anlayışı ifadə edərkən, sözün özü də universal olmuşdur;
“Gəl, gəl, hər ne olursan ol, gəl!
İnançsız da, bütpərəst də olsan, gəl!
Burası ümidsizlik dərgahı deyil,
Yüz kərə pozsan da tövbəni, yenə gəl!
Beləcə, bütün bəşəriyyət dini, rəngi, dili nə olursa olsun, Mövlananın çagırdığı bu dərgaha dəvətlidir. Yaşamaq sevinclərini itirənlər, həyatdan küsənlər, tövbəsini pozanlar bu dərgahda yeni ümidlərə çata bilirlər. Mövlana bu dəvəti ilə, insan kütlələrini parçalayan, insan könüllərinin məqsədə çatmasını əngəlləyən bütün çətinliklərin qoparılmasını istəməkdə və bütün insanlıgı ən yaxşıya, ən dogruya, yeganə gerçəyə çagırmaqdadır.
Mövlananın bu prinsipini universalizm adlandırmaq olar. Mövlananın bu dini-fəlsəfi şeirləri həm də insanı Allaha yaxınlaşdırır və bəşəriyyətə təlqin edir ki, dinindən, irqindən asılı olmayaraq bütün insanları və müxtəlif yaranmışları sevmək lazımdır. Ona görə də Mövlana hər bir şeydə, bütün yaranmışlarda gözəlliyi vəsf edir.
Zülfiyyə NOVRUZOVA
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun
“İslam Fəlsəfəsi” şöbəsinin dissertantı