Möhtəşəm

ELAZ.İNFO xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski-bu gənc oğlan doğrudan da gözümüzün qabağında ən yeni tarix yazır.

Onun igidliyi, mərdliyi, dönməzliyi, xalqına sədaqəti və xidməti onu öz ölkəsində, eləcə də dünya liderləri və parlamentoları arasənda böyük nüfuz sahibi edib.
Harada çıxışlar edirsə, ayaqüstü sürəkli alqışlarla qarşılanır.
Ukrayna xalqına və liderinə eşq olsun!

Londonda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski dünən Britaniya parlamentində çıxış edib.
Onun çıxışından əvvəl deputatlar ayaqüstə alqışlayıblar.

Zelenski martın 14-də Ukraynaya edilən zərbələrin görüntülərini göstərib. O xatırladıb ki, Rusiya ölkəyə İran istehsalı olan “Şahed” dronları ilə hücum edir və indi eyni dronlar Yaxın Şərqdə də istifadə olunur.
Prezident bildirib ki, ukraynalı mütəxəssislər artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdə çalışırlar. Kiyev digər ölkələrə dronları vurmaqda kömək edə bilər.
Zelenski həmçinin deyib ki, Ukrayna müdafiə ittifaqlarına hazırdır. Ölkə sahildən uzaqda fəaliyyət göstərə bilən dəniz dronları hazırlayır.
O əlavə edib ki, İran ətrafındakı vəziyyət hamıya aiddir. Əgər bu cür təhdidlər dayandırılmasa, məsafə heç kimi xilas etməyəcək.
“Biz istəyirik ki, nifrət üzərində qurulan rejimlər heç vaxt heç nədə qalib gəlməsin. Belə rejimlərin Avropaya və ya tərəfdaşlarımıza təhdid yaratmasını istəmirik”, — deyə Zelenski vurğulayıb.
Bundan əlavə, Ukrayna prezidenti kral III Çarlz-a cəbhədəki vəziyyəti real vaxtda izləmək imkanı verən planşet hədiyyə edib.

Nəriman Abdinov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights