MİQ VƏ SERTİFİKASİYA İMTAHANLARINDAN KEÇMƏYİN SADƏ YOLU

Miq və sertifikasiya imtahanı üçün uzun uzadı hazırlığa ehtiyac yoxdur, mütəmadi öz üzərinizdə çalışsanız uğur qazanmış olacaqsınız.

Bu barədə ELAZ.İNFO-ya MİQ imtahanından 97. 5 bal, Sertifikasiya imtahanından 53 bal toplamış 1993-cü il təvəllüdlü gənc pedaqoq Yusifova Şahinə Şahin qızı danışıb. Şahinə Yusifova Bakı şəhər 21 nömrəli tam orta məktəbin kimya müəllimidir.

Ş.Yusifova bildirib ki, “hər iki imtahana hazırlıq  iş müddətinə düşdüyü üçün qısa müddət ərzində əsaslı hazırlaşmışam. Metodika sualları isə məhz işdə tətbiq etdiyimiz üsul və vasitələri əhatə edirdi. Düşünürəm ki, hər bir müəllimin sahib olmalı, olduğu bacarıqlar məhz metodiki bacarıqlardır. Öyrətməyi bacarmaq bilməkdən çox çox önəmlidir”.

İmtahanların gedişi ilə bağlı ümumi vəziyyətə toxunan gənc pedaqoq söyləyib ki, “imtahan çox şəffaf idi. Suallar orta məktəb materiallarından kənara çıxmamışdı. Yüksək bal toplayacağımı bilirdim. Təbii ki, həm də həyəcanlı idim. İlk sualların asan olması həyəcanımı sakitləşdirdi. Məncə bu öz üzərində çalışan hər bir müəllimin əldə edə biləcəyi bir uğurdur, deyə düşünürəm”.

Ş. Yusifova sonda onu da qeyd edib ki, “bənzər  həyəcanı 2022-ci ildə ölkə kimya fənni üzrə birincilərindən olanda yaşamışdım. Amma bu tamam ayrı ab-hava idi”.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights