ELAZ.İNFO xəbər verir ki, Kubokun yarımfinalında 5 qollu darmadağın – MOSKVA – Rusiya Kubokunun “RPL yolu” yarımfinalının ilk qarşılaşması futbol meydanında əsl “hesabat iclasına” çevrilib. “VTB-Arena”da baş tutan Moskva derbisində “Dinamo” paytaxtın digər təmsilçisi “Spartak”ı 5:2 hesabı ilə darmadağın edərək rəqibin müdafiə xəttindəki “boşluqları” üzə çıxarıb.
Oyunun gedişatı “Dinamo”nun tam üstünlüyü ilə yadda qalıb: Mumi Nqamalyo (6-cı və 67-ci dəqiqələr) dubl edərək qələbənin onurğa sütununu qurub. David Rikardo (70) “Dinamo”dakı debüt matçında qol vuraraq sahibkarlıqdakı “uğurlu başlanğıc” kimi yadda qalıb. Yaroslav Qladışev (73) və Maksim Osipenko (83) rəqib qapısına gedən yolu “bürokratik əngəllər” olmadan tapıblar. “Spartak”ın heyətində isə yalnız Manfred Uqaldev (30) və Kristofer Martins (90+2) fərqlənə bilib.
Ruslan MƏMMƏDOV