Merz: -“Ukrayna birtərəfli ərazi güzəştlərinə məcbur edilməməlidir”

ELAZ.İNFO xəbər verir ki, Anqolanın paytaxtı Luandada keçirilən Avropa İttifaqı (AB)-Afrika sammitindən əvvəl keçirilən mətbuat konfransında Merz Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ tərəfindən hazırlanmış 28 maddəlik “sülh planı” çərçivəsində Cenevrədə keçirilən danışıqları qiymətləndirdi.

Merz bu səhər digər Avropa ölkələri ilə Ukraynanı müzakirə etdiklərini və Ukraynada mümkün qədər tez bir zamanda atəşkəs və sülh istədiklərini bildirdilər.

“Avropa üçün təhlükəsizlik istədiklərini” vurğulayan Merz Avropanın maraqlarına və suverenliyinə təsir edən məsələlərdə Avropanın razılığı olmadan Ukrayna üçün heç bir sülh planının ola bilməyəcəyini bildirdi.

Merz Cenevrədə keçirilən danışıqları alqışlayaraq dedi:

-“Bəzi suallar aydınlaşdırılıb, amma biz də bilirik ki, Ukraynada sülh bir gecədə əldə edilə bilməz”.

Merz Ukraynanın maraqlarının da Avropanın ortaq maraqları olduğunu və bu maraqları birlikdə davamlı şəkildə qorumaq istədiklərini bir daha təkrarladı. O dedi:

-“Buraya Ukraynanın birtərəfli ərazi güzəştlərinə məcbur edilməməsinin təmin edilməsi daxildir. Ukrayna gələcəkdə özünü təcavüzə qarşı effektiv şəkildə müdafiə edə bilməlidir. Bunun üçün güclü silahlı qüvvələrə və tərəfdaşlarından möhkəm təhlükəsizlik zəmanətlərinə ehtiyac var.”

Merz vurğulayıb ki, Avropa ölkələri, Aİ və ya NATO ilə bağlı hər hansı bir razılaşma Avropadakı tərəfdaşların və ya NATO alyansının təsdiqini tələb edir.

Merz Rusiyaya təzyiq göstərməyin tərəfdarı olduğunu bildirdi və əlavə edib ki, indi qətiyyətli addım Rusiyadan gəlməlidir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights