MEK “Seyid Əzim Şirvani-190” adlı virtual sərgi hazırlayıb

ELAZ.İNFO, BAKI, 21.05.2025

ELAZ.İNFO  xəbər verir kiAzərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 20 may tarixində Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili münasibətilə virtual sərgi hazırlanıb. Qeyd edək ki, 20 may tarixi görkəmli şairin anım günüdür.

Qeyd edək ki, “Seyid Əzim Şirvani-190” adlı sərgidə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamı, həmcinin S.Ə.Şirvaninin həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumatlar, öz əksini tapıb. Burada müxtəlif dillərdə müəllifin qəzəl, satira, məktub, təmsil, mənzum hekayətləri, fəlsəfəsi görüşlərini əhatə edən “Seçilmiş əsərləri”, “Təmsillər, mənzum hekayələr və öyüdlər”, “Seyid Əzim Şirvani və məktəb”, “Aləmdə səsim var mənim”, “Oğluma nəsihət”, “Seyid Əzim Şirvaninin yaradıcılıq yolu” və digər qiymətli nəşrlər yer alıb.


Bir məlumatı da nəzərə çatdıraq ki, MEK-də ənənəvi formada da təşkil edilən sərgi ilboyu oxucular və ziyarətçilər üçün açıq olacaq.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights