Media qurumları rəhbərləri haqqında sərt sözlər – Tanınmış jurnalist kimləri hədəfə aldı?

ELAZ.İNFO, BAKI, 05.05.2025.

“Mediada olan problemlərdən çox danışılır zaman-zaman. Bu problemi yaradan fundamental səbəbləri də sadalamaq olar, mediada bir çox hallarda istedad və şəxsiyyət qıtlığını da göstərmək mümkündür”.

Elaz.info xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Rəsul Mirhəşimli sosial şəbəkə hesabında paylaşıb.

“Təbii ki, söhbət istedad və qabiliyyətinin iddiasının yanında bir çürük alma qədər keyfiyyəti olmayan bəzi media rəhbərlərindən gedir”, – deyə o əlavə edib.

Jurnalist qeyd edib ki, istedadı, yaradıcılığı, peşəkar qabiliyyəti və iddiası harmoniya təşkil edən media rəhbəri jurnalist kollektivinə “siz hamınız mənə məxsussunuz”, “hər birinizin üzərində mənim adım var” deməz:

“Bu cür problemlər hardan qaynaqlanır deyə, soruşan olsa, əsas səbəb zəhmətsiz media subyektinə sahib olmaqdadır. Media qurumunun yaradılmasında zəhməti, əziyyəti, yuxusuz gecələri olan heç bir media rəhbəri bu cür iddia ilə özünü kollektivin gözündən salmaz”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights