Masallıda 1 Mart – Mülki Müdafiə Günü münasibətilə maarifləndirici tədbir keçirilib

ELAZ.İNFO xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə genişmiqyaslı tədbir təşkil olunub. Tədbirin məqsədi əhalinin təhlükəsizliyinin təmin olunması və fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması olub.

Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov mülki müdafiənin əhəmiyyətindən, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.

“Mülki müdafiə sisteminin çevik fəaliyyəti təbii fəlakətlər və texnogen qəzalar zamanı insan həyatının xilas edilməsində həlledici rol oynayır”, – deyə N.Həsənov vurğulayıb. Tədbirdə çıxış edən digər rəsmilər: Seymur Nuriyev (Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru): Mülki müdafiə sahəsində həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və bu sahədə maarifləndirmənin vacibliyi haqqında məruzə edib. Qabil Nemətov (Masallı rayon Dövlət Yanğından Mühafızə Xidməti şöbəsinin rəisi): Mülki müdafiə sisteminin təşkili, fövqəladə hallara hazırlıq və əhalinin davranış qaydaları barədə ətraflı məlumat verib. Fərahim Zalıyev (Mənzil İstismar Sahəsinin rəisi) və Qoşqar Hətəmov (Masallı rayon Təhsil sektorunun aparıcı məsləhətçisi): Mülki müdafiənin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd ediblər. Tədbir çərçivəsində fövqəladə hallar zamanı düzgün davranış qaydaları və təxliyə tədbirləri barədə praktik məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights