Makron: -“Vladimir Putin…..“yalan danışır”

Fransa prezidenti Emmanuel Makron cümə axşamı deyib ki, Vladimir Putin Ukraynadakı müharibəni dinc yolla bitirmək istəyi ilə bağlı “yalan danışır” və Kremlin bir gün əvvəl ən azı 8 nəfərin ölümü ilə nəticələnən Kiyevə kütləvi hücumuna işarə edib.
“Putin nəhayət yalan danışmağa son qoymalıdır”- deyən Makron, Madaqaskarda səfərdə olarkən jurnalistlərə açıqlamasında Rusiya prezidenti haqqında da danışıb:

-“O, Ukraynanı bombalamağa davam edir, Ukraynada insanları öldürməyə davam edir”.
Makron eyni zamanda Vaşinqtonun təklif etdiyi sazişə mümkün ərazi güzəştləri, o cümlədən Moskvanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımın Rusiya ərazisi kimi tanınmasının da daxil olduğunu vurğulayıb.


Natəvan Bəydili

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights