ELAZ.İNFO Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq növbəti görüş keçiriləcək. Mədəniyyət naziri Adil Kərimli 2026-cı il martın 13-də, saat 10:00-da Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.
Görüş Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda aşağıdakı rayonların sakini olan vətəndaşlar iştirak edə bilərlər: Hacıqabul, Şirvan, Salyan, Neftçala ,Biləsuvar
Vətəndaşların müraciətlərinin qeydiyyata alınması üçün son tarix 10 mart 2026-cı il müəyyən edilib. Qəbula yazılmaq istəyən şəxslər aşağıdakı vasitələrlə müraciət edə bilərlər:
- Elektron poçt: info@culture.gov.az
- Telefon nömrəsi: (012) 493-43-98
Qəbul zamanı vətəndaşların mədəniyyət sahəsinə dair təklifləri, şikayətləri və müraciətləri nazir tərəfindən fərdi qaydada dinləniləcək.
Ruslan MƏMMƏDOV