Məqsəd gələcəkdə AFFA U-13-ə futbolçuların hazırlanmasıdır

ELAZ.İNFO xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə aprelin 19-da Qaxda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.
Qax Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Qaxın 8 komandası mübarizə aparacaq. Komandalar arasında qrup və final oyunları eyni gündə təşkil olunacaq. İştirakçılar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar.

Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Nadir Hüseynov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights