Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidimizin ailəsini ziyarət ediblər.

ELAZ.İNFO xəbər verir ki, görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu uca ehtiramla yad edilib, onun göstərdiyi şücaət və fədakarlığın gələcək nəsillər üçün örnək olduğu vurğulanıb. Leyla Əliyeva və Arzu Əliyeva şəhidin ailə üzvlərinin qayğıları və gündəlik məişət şəraiti ilə yaxından maraqlanıb, onlara dərin hüznlə başsağlığı verərək səbir diləyiblər.

Şəhid ailəsinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya, eləcə də Heydər Əliyev Fondunun rəhbərliyinin bu həssas və səmimi ziyarətinə görə minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll edilməsi dövlət siyasətinin ən mühüm prioritetlərindən biridir. Ziyarətin sonunda şəhid ailəsinə Fond adından müvafiq dəstək göstərilib və xatirə şəkli çəkdirilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın