ELAZ.İNFO xəbər verir ki, Türkiyənin sevilən sənətçilərindən biri olan Volkan Konak Şimali Kiprdə verdiyi konsert zamanı qəlb krizi keçirmiş və həyatını itirmişdi.
Sənətçinin nəşi Türkiyəyə, Trabzona gətirilərək ölümündən 3 ay əvvəl görüşdüyü və vəsiyyətini etdiyi muxtarın müşayəti ilə Maçkada, babasının yanında, arzuladığı ceviz ağacının altında dəfn edildi. Onlarla heyranı Volkan Konakın məzarı başında idi.
Dəfn mərasimində iştirak edən Maçka muxtarı bildirdi ki, mənə vəsiyyət etdi, dedi ki, məni öldüyüm zaman bura, altında oturduğum ceviz ağacının altına gömün- dedi.
Sənətçi Volkan Konakın cənazəsi Türkiyənin al bayrağı ilə yanaşı heyranı, fanatı olduğu “Trabzonspor”un bayrağına bürünmüşdü.
İlahə BAYINDIR
