Kürd və ya hər hansı bir etnik xalqın dövləti yaradılmamalıdır!

ELAZ.İNFO

Azərbaycan xalqı çoxsaylı dövlətlər quran, böyük dövlətcilik ənənəsi olan az sayda olan xalqlardan biridir. Tarixdə bütün hadisələr özündən əvvəl gələn hadisələrin məntiqi nəticəsidir. Bu gün də İranda baş verən hadisələr, tarixdə olan hadisələrin nəticəsidir. Bizim sonuncu böyük tarixi dölətimiz Qacarlar hökmdarı Ağaməhəmməd Şah Qacarı qoruya bilmədik. Zəiflədik, sonrakı şahlar geostrateji düşüncədən məhrum idilər. Ona görə də Qacarlar dövlətimiz Rus və İngilis imperiyalarının hücumuna məruz qaldı.

Şimali Azərbaycanda Ruslar öz maraqları üçün erməni dövləti yaratdı. Cənubda isə İngiltərə İmperiyası fars millətçi rejimini yaratdı. Bu gün İran hadisələri haqqında xəbərlərdə eşidilir ki, Cənubi Azərbaycanda bir Kürd dövlətinin yaradılması istiqamətində siyasət aparılır. Buna qətiyyən yol vermək olmaz! İnternetdən yayılan xəbərlərə görə İranda Azərbaycan xalqından başqa bütün xalqlar silahlanıb. Gözümüzün qarşısında tatixi torpaqlarımızda Kürd və ya hər hansı bir etnik xalqın dövləti yaradılmamalıdır! İranda baş verən bütün hadisələr birbaşa şimali Azərbaycana da aiddir. Əgər İranda bütün xalqlar silahlanırsa, Azərbaycan Türkləri də silahlanmalıdır! Ya da bütün qanunsuz silahlı dəstələr yox edilməlidir!

Bu gün İranda Azərbaycan Türklərinin siyasi lideri seçilməlidir! Güney Azərbaycan, dövlətçilik ideyaları ətrafında birləşməli, siyasi və hərbi təşkilatlanmıdır. Bu gün Güney azərbaycanlıların bir hissəsi dövlətin içində adaptasiya olunub fars millətçi rejimə xidmət edir, bir hissəsi dini fanatiq girdabına düşüb millətçi fars rejiminin “İslam” görünüşünə inanıb bu rejim üçün ölməyə hazır olanlardır, bir hissəsi məcburən xarici ölkələrə mühacir edib, bir hissəsi heç bir siyasi milli birlik düşüncəsi olmadan hadisələrə seyirçi olub əziyyət çəkir, bir hissəsi də bütün hadisələrin fərqində olub, siyasi milli düşüncəsi olan, amma tam qorxu içində hər halı qorxu ilə qarşılayanlardır. Bu amansız millətçi fars rejimi yarandığı 1925 çi ildən xalqımıza o qədər təzyiq edib ki, xalqımız kədərli bir vəziyyətdədir. Unutmayın, İran, xain siyasətlə farslaşdırılan tarixi Azərbaycan dövlətidir! Ona görə də İranda olan bütün hadisələrə şimali Azərbaycanın qeyri hökumət təşkilatları, siyasi partiyalar soydaşlarımıza siyasi və mənəvi yardım etmək istiqamətində hər gün real iş görməlidir. Partiyalar, QHT-lər milyonlarla İran Türklərinə siz hansı siyasi, mənəvi yardım etmisiz? Bu olduqca xəcalətli bir haldır. Azərbaycan dövləti isə Türk Dövlətləri Təşkilatının xətti ilə Güney Azərbaycan Türklərinin halal haqlarını beynəlxalq müstəvidə yüksək səviyyədə müdafiyəsini gündəmə gətirməlidir. Tək sevindirici hall odur ki, TDT-nin zirvə toplantılarında Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, “Təşkilatımız Azərbaycan Respublikasının vətəndaşları olmayan soydaşlarımızın hüquqlarını da beynəlxalq müstəvidə qorumalıdır.” İranda təxminən 60 milyon Türk xalqları yaşayır. TDT İranda olan Türkləri beynəlxalq səviyyədə tək qoymamalıdır! Müdafiə etməlidir! Bu gün İranda ən böyük dövlətcilik ənənəsi olan, əsrlərlə bu coğrafiyada rəhbərlik edən, İranın sərhədlərini də müəyyən edən, Azərbaycan Türklərdir! İranda Azərbaycanlılar hakimiyyətlərini bərpa etməlidir! Bax bu halda İran tam müstəqil olacaq və ABŞ-la, İngiltərə ilə, qərblə, Rusiya ilə, Çinlə də etibarlı müttəfiq ola biləcək!
Bu gün Türk dünyası, Türk Dövlətləri Təşkilatı, bütün sülh və ədalət istəyən dövlətlər, İran hadisələrinə biganə qalmamalıdır! Güney Azerbaycan hakimiyyətini bərpa etməlidir!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights