ELAZ.İNFO, BAKI, 15.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektoru tərəfindən Biləsuvar rayonunun İsmətli kənd sakinləri Səməd Hüseynovun və Etibar Ağayevin və Günəşli kənd sakini Seyran Tahirovun kümxanasında saxlanılan barama qurdlarının saxlanılma və bəslənilmə şəraitinə baxış keçirilib.
Biləsuvar sakinləri Səməd Hüseynov və Etibar Ağayev barama qurdlarının saxlanması ilə məşğuldurlar.
Bildiririk ki ,Biləsuvarın zəhmətkeş insanlarına bu sahə bol qazanclı gəlir gətirə bilər. Biləsuvar barama istehsal etmək istiqamətli strategiya qəbul etsə 10 tonlarla məhsul istehsal edə bilər. Bunu soyləməyə rayondakı GƏR AĞACLARIN çoxluğu əsas verir.
Baramaçılığın bir təsərrüfat sahəsi kimi inkişafı dövlətin verdiyi subsidiyaların və məhsulu alan İstehsal müəsisəsinin qiymətləri ən az 10 azn artırması zamanı olacaq.Çünki 11 azn yalnız istehsal xərcləridir.
Natəvan BƏYDİLİ