Kimlər gəldi, kimlər getdi…

Səməndər Rayev Azərbaycan televiziyasının, o cümlədən bir sıra teatrların, filmlərin yaraşığı, bəzəyi idi. Ömür vəfa etsəydi o hələ nə qədər teatrda rol alacaqdı, filmlərdə oynayacaqdı.

Təəsüflər olsun ki, bu nəhəng sənətkarı amansız əcəl bizdən vaxtsız-vədəsiz alıb apardı.

 Səməndər Rzayevin övladı söyləyir ki, “Atam xəstəxanada dünyasını dəyişdi. Yadıma gəlir, babam gəlib dedi ki, sizi atanızın yanına aparacam. Bizi aldatmışdı. Binamızın qarşısında rəhmətlik Mikayıl Mirzəni gördük. O, babama başsağlığı verəndə bildik ki, atamız rəhmətə gedib. Təbii ki, şok yaşadıq. Sözün məcazi mənasında həmin an mənə elə gəldi ki, atamı sanki Mikayıl Mirzə öldürüb. Sonra evə qalxanda artıq atamın cənazəsini gördüm. Xahiş etdim ki, üzünü açsınlar, baxım. Amma icazə vermədilər. İndi düşünürəm ki, yaxşı ki, qoymayıblar. Çünki atam mənim yaddaşımda həmişə cavan, sağlam və xoşbəxt adam kimi qaldı”.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights