Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 may 2025-ci il tarixli Sərəncamı ilə hörmətli Kamran Əliyevin yenidən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərimizi bildiririk!

Bu yüksək təyinat, ölkəmizin hüquq sistemində həyata keçirilən islahatlara, qanunun aliliyinin təmin olunmasına və prokurorluq orqanlarının fəaliyyətində şəffaflıq, peşəkarlıq və obyektivlik prinsiplərinə sadiq qalınmasına verilən böyük dəyərin bariz nümunəsidir. Kamran müəllimin ötən illər ərzində bu ali və məsuliyyətli vəzifədə göstərdiyi xidmətlər, hüquq-mühafizə sisteminin inkişafına verdiyi töhfələr və dövlətə sədaqəti bir daha cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

Onun rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən müasir idarəetmə modeli, peşəkar kadr siyasəti və vətəndaş məmnunluğuna yönəlmiş islahatlar ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsində mühüm rol oynamışdır. Hüquqi ədalətin təntənəsi, ictimai etimadın gücləndirilməsi və korrupsiyaya qarşı barışmaz mövqe kimi sahələrdə əldə olunan uğurlar, Kamran Əliyevin prinsipial və dürüst fəaliyyətinin nəticəsidir.

Yeni təyinatın hörmətli Kamran Əliyevə daha böyük nailiyyətlər qazandıracağına, Azərbaycan Respublikasının prokurorluq orqanlarının bundan sonra da milli maraqlara və dövlətçilik prinsiplərinə uyğun şəkildə inkişaf edəcəyinə dərin inam bəsləyirik.

Hörmətli Kamran Əliyevi bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, tükənməz enerji və gələcək fəaliyyətində uğurlar arzulayıram!

Hörmətlə,

Əli İBRAHİMOV

Verified by MonsterInsights