İsrailin təhdidi narahatedicidir- Araqçı

ELAZ.İNFO, BAKI, 22.05.2025.

ELAZ.İNFO İsrail hökumətinin təhdidləri yeni deyil, ancaq bunun Amerika rəsmiləri tərəfindən ifşa edilməsi narahatlıq doğurur.

Bunu İranın xarici işlər naziri Abbas Araqçı, danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailin İranın nüvə obyektlərinə mümkün hücumu ilə bağlı xəbərlərə cavab olaraq deyib.

O, bunun BMT-nin Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən dərhal və qəti şəkildə pislənməli olduğunu bildirib.

Araqçı, İsrailin baş naziri Benyamin Netaniyahunun öz iradəsini Amerikaya sırımağa çalışdıını iddia edib.

Qeyd edək ki, 3 gün əvvəl İran rəhbəri Əli Xamənei ABŞ ilə danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşdığını və uranın zənginləşdirilməsi barədə şərtləri qəbul etməyəcəklərini deyib.

Bundan sonra İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi ehtimalı artıb.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın

One thought on “İsrailin təhdidi narahatedicidir- Araqçı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights