İsrail Teleradio Yayım Şirkəti məlumatına əsasən ELAZ.İNFO xəbər veriir ki, ki,İsrail ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin olduğu binaya zərbə endirib.
İsrailin müdafiə naziri İsrail Katz Əli Laricaninin öldürüldüyünü elan edib.
Onun sözlərinə görə, bu barədə ona İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir məruzə edib.
Qeyd edək ki, İsrail ordusu ötən gecə Tehrana hava hücumunun əsas hədəflərindən birinin Əli Laricani olduğunu bildirmişdi.