ELAZ.İNFO xəbər verir ki, İranda valyuta çöküşü ilə başlayan etirazlar bu gün “Milli Etiraz Günü” elan edilməsi ilə pik həddə çatıb. Budur, hadisə yerindən ən son və təsirli faktlar: Bu gün qara bazarda 1 ABŞ dolları 1,450,000 rialı keçib. Dekabrın sonundan bəri devalvasiya 50%-ə çatıb. Təbriz, Qəzvin və Tehran bazarları bu gün fəaliyyətini tam dayandırıb. Tacirlər “satmağa mal yoxdur, almağa pul yoxdur” şüarı ilə dükanları açmırlar. Aksiyalar hazırda 26 əyaləti və 78 şəhəri əhatə edir. Cəmi 10 gün ərzində 222 fərqli məkanda kütləvi yürüşlər qeydə alınıb. Ölkənin 17 böyük ali məktəbində (Tehran, İsfahan, Təbriz daxil) tələbələr dərsləri boykot edərək küçələrə çıxıb. Rəsmi və qeyri-rəsmi mənbələrin orta göstəricisinə görə, toqquşmalarda 35-dən çox mülki vətəndaş həlak olub. Saxlanılanların sayı 1,200 nəfəri keçib. Onların arasında 15-17 yaş arası onlarla yeniyetmənin olduğu bildirilir. İlam vilayətinin Məlikşahi şəhəri burada təhlükəsizlik qüvvələri etirazçılara birbaşa odlu silahlardan atəş açıb (5 ölü, 30 yaralı). Ali lider Xameneinin 4 yanvar çıxışından sonra polis “izafi güc” tətbiqinə keçib. Ölkə daxilində sosial şəbəkələrə giriş bloklanıb, bəzi bölgələrdə elektrik enerjisi kəsilib.
Ruslan MƏMMƏDOV