İranda internet problemi var

ELAZ.İNFO xəbər verir ki, İranda ötən həftə etirazların artması ilə başlayan internet kəsintiləri 90 saatdan çox davam edib.

Mütəxəssislərin fikrincə, bu son internet və rabitə kəsintiləri bu günə qədər müşahidə olunan ən əhatəli və ciddi informasiya kəsintisidir.

Mobil şəbəkələr tamamilə söndürülüb, mobil telefonlarda siqnal qəbul edilə bilmir və beynəlxalq zənglər də kəsilib. Bu, xəbər təşkilatlarının İrandan etibarlı məlumat əldə etməsini çox çətinləşdirir.

İranda internetə çıxış adətən əsasən daxili şəbəkə ilə məhdudlaşır və vətəndaşların xarici dünya ilə əlaqələrini məhdudlaşdırır. Bu tip şəbəkə əlaqələri “intranet” adlanır. Lakin, hazırkı etirazlar zamanı hakimiyyət orqanları ilk dəfə olaraq bu şəbəkəni belə ciddi şəkildə məhdudlaşdırıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights