İranda Azərbaycan türklərinə və digər məzlum xalqlara qarşı ayrı-seçkilik pislənib

ELAZ.İNFO xəbər verir ki, BMT Baş Assambleyası qəbul etdiyi qətnamədə İrandakı insan haqları vəziyyətini sərt şəkildə pisləyib və “Azərbaycan türklərini” ayrı-seçkiliyin və sistematik insan haqları pozuntularının hədəfi olan “azlıqlardan” biri adlandırıb.

Qətnamədə vurğulanır ki, İran İslam Respublikası Əhvaz ərəblərinə, Azərbaycan türklərinə, bəluclara və kürdlərə qarşı hər cür ayrı-seçkiliyə, özbaşına həbslərə, siyasi repressiyalara və mədəni hüquqların pozulmasına son qoymalıdır.

BMT-nin rəsmi sənədində etnik azlıqlar yaşayan bölgələrdəki etirazlarda ölənlərin və qurbanların sayının xeyli çox olduğu bildirilir. Qətnamədə həmçinin “azlıqlara qarşı ölüm hökmünün qeyri-mütənasib tətbiqi” ilə bağlı narahatlıq ifadə olunur və milli və dini fəallara qarşı verilən bəzi hökmlərin ədalətli məhkəmə standartlarından kənar olduğu qeyd edilir.

Baş Assambleya İranı nəhayət beynəlxalq müfəttişlərə çıxış imkanı yaratmağa, Azərbaycan türkləri də daxil olmaqla etnik azlıqlara qarşı ayrı-seçkiliyə son qoymağa və etirazçıların həbsləri, edamları, işgəncələri və öldürülməsi də daxil olmaqla bütün insan hüquqları pozuntuları ilə bağlı müstəqil və şəffaf araşdırmalar aparmağa çağırıb.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights